Gənclər Fondunun illik hesabat konfransı keçirilib

Gənclər Fondunun illik hesabat konfransı keçirilib
# 03 fevral 2018 08:42 (UTC +04:00)

Bakı Konqres Mərkəzində 2 fevral - Gənclər günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun illik hesabat konfransı keçirilib.

APA-nın xəbərinə görə, fondun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, indiyə kimi fonda gənclər və gənclər təşkilatları tərəfindən təqdim edilən 3909 layihə dəstəklənib və uğurlu nəticələr əldə olunub.

Onun sözlərinə görə, ötən il fondun maliyyə dəstəyi ilə Bakıda 394, Gəncədə 36, Sumqayıtda 25, digər şəhər və rayonlarda isə ümumilikdə 787 tədbir həyata keçirilib: “Ötən il uğurlarımızdan biri ucqar kəndlərdə həyata keçirilən layihələr olub. Sevindirici haldır ki, ucqar kəndlərdə çalışan insanlar tərəfindən də layihələr həyata keçirilib. Biz gənclərlə münasibətimizi daha şəffaf, internet üzərindən qurmağa çalışırıq. Buna görə də ucqar kəndlərdə yaşayan gənclərin Bakıya gələrək layihə təqdim etmələrinə ehtiyac yoxdur”.

Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev qeyd edib ki, nə regionda, nə də bir sıra inkişaf etmiş ölkələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu kimi bir struktur var: “Gənclər Fondu gənclərlə bağlı layihələrin, gənclərin öz potensialını reallaşdırmasına imkan yaradır. Gənclər Fondu qarşıya qoyulmuş əsas məqsədlərə çata bilib. İcra olunan layihələr nə qədər keyfiyyətli, davamlı və geniş olsa fond da gənclər siyasətinə öz töhfəsini artıracaq. Dövlət qurumları daima gənclərin təkliflərini dinləyir. Bizim istedadlı gənclərimiz çoxdur. Hər bir potensiallı gənc Gənclər Fondunun layihələrindən xəbərdar olmalıdır. Azərbaycan gəncliyi Vətənə, adət - ənənə, xalqımızın gözəl dəyərlərinə bağlıdır. Ölkə rəhbərliyi də gənclərimizə güvənir. Düşünürəm ki, bu gün tədbir çərçivəsində keçiriləcək panellərdə yeni və maraqlı fikirlər səslənəcək”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev dövlətin gənclər siyasəti barədə məlumat verib.

Tədbir panel müzakirələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR