Tovuzda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub

Tovuzda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
# 26 avqust 2017 17:18 (UTC +04:00)

Tovuzda iki VAZ toqquşub, xəsarət alanlar var

Tovuzda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qazqulu kəndi ərazisində qeydə alınıb.

“VAZ 2106” və “VAZ 2107” markalı iki avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib. İki nəfərin vəziyyəti normal qiymətləndirilir. Bir nəfər, 1964-cü il təvəllüdlü Şirinov Şahinin vəziyyəti orta ağır olduğu üçün Gəncədəki xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR