Türkiyə vətəndaşı Azərbaycan-Gürcüstan sərhədində dünyasını dəyişib

Türkiyə vətəndaşı Azərbaycan-Gürcüstan sərhədində dünyasını dəyişib
# 26 noyabr 2016 09:48 (UTC +04:00)

Bu gün səhər saatlarında Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun piyada keçid xəttində Gürcüstandan respublikamıza gələn 1952-ci il təvəllüdlü Türkiyə vətəndaşı Naim Tozlunun qəflətən halı pisləşib, gömrük əməkdaşları ilkin yardım göstərmiş və əraziyə təcili tibbi yardım briqadası çağırılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, həkimlərin müdaxiləsinə baxmayaraq vətəndaşı xilas etmək mümkün olmayıb.

Tibbi personalın verdiyi ilkin rəyə əsasən Türkiyə vətəndaşı Naim Tozlu ürək tutmasından vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR