Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
# 03 yanvar 2017 10:37 (UTC +04:00)

Bərdə rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 1-də saat 11 radələrində Bərdə rayonunun Qaradəmirçi kəndində qeydə alınıb. Rayon sakini Şöhrət Süleymanov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən kənd sakini Gülnar Ağayevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR