“Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən Qətərə ixrac olub

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən Qətərə ixrac olub
# 29 avqust 2017 13:11 (UTC +04:00)

“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) “ Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə Qətər Əmirliyinə kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı mənşə sertifikatı alıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən xəbərə görə, bu məhsulların sırasına kartof, soğan, çuğundur, yerkökü, gül kələmi, kələm, xiyar, badımcan, sarımsaq, limon və pomidor daxildir.

“Ərzaq Məhsulları Tədarükü və Təchizatı” ASC-nin təmsilçisi Nicat Rəhimli bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixrac prosedurları ilə bağlı sənədlərin toplanması operativ və səmərəli şəkildə mümkün olur. O əlavə edib ki, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) bundan sonra da ixrac prosedurlarını “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, “Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) buna qədər də “Azexport” portalı vasitəsi ilə alma, yerkökü, pomidor, soğan və fındıq məhsulları üzrə ixrac sifarişləri alıb. Hazırda “Ərzaq Məhsulları Tədarükü və Təchizatı” ASC Azexport üzərindən öz məhsullarını Amazon saytında yerləşdirilməsi ilə bağlı danışıqlar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR