“Qala Həyat”ın rəhbərliyi dəyişib

“Qala Həyat”ın rəhbərliyi dəyişib
# 08 aprel 2017 10:27 (UTC +04:00)

“Qala Həyat” sığorta şirkətinin rəhbərliyində dəyişik olub. ”APA-Economics” xəbər verir ki, Kamal İbrahimov Direktorlar Şurasının sədri seçilib.

Direktorlar Şurasının keçmiş sədri Fuad Quliyev isə sədr müavini təyin olunub. Şuranın üzvü Loğman Mamiyev isə işdən çıxıb.

Digər dəyişikliyə əsasən, İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Nicat Hüseynov işdən çıxıb. Bundan sonra bu vəzifənin müvəqqəti icrası Azər Əlizadəyə həvalə olunub.

Həmçinin, Natiq Həsənov şirkətin Təftiş Komissiyasının sədri vəzifələrini müvəqqəti icra edəcək. Komissiyanın digər üzvü Rauf Tağıyev isə işdən çıxıb.

Şirkətin daxili auditinə nəzarəti isə bundan sonra Seyfulla İntiqam həyata keçirəcək. Bir müddət baş mühasib vəzifəsini müvəqqəti icra edən Kəmalə Əlieyva da işdən ayrılıb. Onun yerinə Səid Cəbrayıəlov təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR