Azərbaycanın “Eurovision 2017”-də sıra nömrəsi məlum olub

Azərbaycanın “Eurovision 2017”-də sıra nömrəsi məlum olub
# 01 aprel 2017 03:34 (UTC +04:00)

May ayında Kiyevdə keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsinin yarımfinal iştirakçılarının sıra nömrələri elan olunub.

APA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, şou prodüserlərinin qərarına əsasən, Azərbaycan birinci yarımfinalda 8 nömrə altında çıxış edəcək.

Qeyd edək ki, müsabiqənin birinci yarımfinalı mayın 9-u, ikinci yarımfinal isə mayın 11-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycanı “Eurovision 2017”-də Diana Hacıyeva təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR