Azərbaycan hərbçiləri Qazaxıstana gedib

Azərbaycan hərbçiləri Qazaxıstana gedib
# 27 iyul 2017 10:57 (UTC +04:00)

Azərbaycan hərbçiləri Qazaxıstana gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçiriləcək “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyəti Qazaxıstana yola düşüb.

Qeyd edək ki, bu müsabiqələr avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR