Lənkəranda 3 mağazadan oğurluq edilib

Lənkəranda 3 mağazadan oğurluq edilib
# 07 fevral 2017 08:17 (UTC +04:00)

Lənkəran rayonunda 3 mağazadan oğurluq edilib.

APA-nın cənub bürosunun xəbərinə görə, hər üç hadisə ötən gecə rayonun Sütəmurdov kəndində qeydə alınıb.

Axşam saatlarında kənd sakini Hüseynov Cəmil Bahadir oğluna məxsus mağazanın qapısı sındırılıb, oradan ətirlər, içkilər, şirniyyat və 250 manat nağd pul oğurlanıb. Mağaza sahibinə ümumilikdə 1000 manatdan artıq ziyan dəydiyi bildirilir.

Kənd sakinləri Xanlar Vahab oğlu Nəzərova məxsus mağazadan 300 manat dəyərində, Nicat Axundova məxsus mağazadan isə 120 manat dəyərində şirniyyat məhsulları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR