Külli miqdarda pirotexniki məmulat müsadirə olunub

Külli miqdarda pirotexniki məmulat müsadirə olunub
# 26 dekabr 2016 14:28 (UTC +04:00)

Gömrük orqanları ölkə ərazisinə gömrük nəzarətindən gizli şəkildə pirotexniki məmulatların gətirilməsi hallarına qarşı operativ əməliyyat tədbirlərini davam etdirirlər.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, növbəti belə tədbir DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi və Yevlax Gömrük İdarəsinin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.

Daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı Mingəçevir şəhəri ərazisində gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olan Azərbaycanın vətəndaşından 2836 ədəd müxtəlif formalı pirotexnik məmulatlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR