Atası tərəfindən döyüldüyü barədə polisə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb

Atası tərəfindən döyüldüyü barədə polisə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb
# 11 noyabr 2016 09:52 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bilə-bilə yalan xəbər verməkdə təqsirləndirilən Firuz Babayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə təqsirləndirilən şəxsin anası Badamxanım Babayeva oğlunun əqli cəhətdən qeyri-sağlam olduğunu deyib.

Məhkəmə baxışı noyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, Lerik rayon sakini F. Babayev atası Ələddin Babayevlə mübahisə edərək, evdən qaçıb. O, polisə zəng vuraraq atasının onu döydüyünü və xəsarət yetirdiyini deyib. Araşdırma nəticəsində verilən məlumatın yalan olduğu məlum olub.

F. Babayev barəsində Cinayət Məcəlləsinin 296-cı (bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR