Tunisdə hotelə hücum nəticəsində ölənlərin sayı 37-yə çatıb

Tunisdə hotelə hücum nəticəsində ölənlərin sayı 37-yə çatıb
# 26 iyun 2015 21:44 (UTC +04:00)

Bakı-APA. Tunisin Sus şəhərində naməlum silahlıların hotelə hücumu nəticəsində ölənlərin sayı 37-yə çatıb, daha 36 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tunisin Səhiyyə nazirliyi açıqlama yayıb.

Silahlılar “Imperial Marhaba” və “Soviva Resort” hotellərinin yaxınlığındakı çimərliyə hücum edərək oradakı insanları gülləboran edib. Terrorçuların çimərliyə hava ilə doldurulan qayıqla gəldiyi ehtimal edilir. Yerli mənbələr ölənlər arasında Almaniya və Böyük Britaniya vətəndaşlarının olduğunu bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR