Qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 05 oktyabr 2017 12:36 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Tural İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin vəkili çıxış edib. Bildirib ki, T. İsmayılov hadisə baş verən gün qardaşının toyunda olub: "Videokameralarda görünən adamın üzü saqqallıdır. Turalın isə saqqalı yoxdur. Ondan təzyiqlə ifadə alıblar, heç bir sübut yoxdur".

Vəkil müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını istəyib. T. İsmayılov isə istintaq zamanı təzyiqə məruz qaldığını, cinayət törətmədiyini deyib.

Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, T. İsmayılov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokuror T. İsmayılovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən il aprelin 18-də Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 9 ünvanından Bakı şəhər sakini, 55 yaşlı Rafiz Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural İsmayılov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR