İran qərb sərhədlərinin mühafizəsini gücləndirib

İran qərb sərhədlərinin mühafizəsini gücləndirib
# 26 sentyabr 2017 18:21 (UTC +04:00)

İran ötən gün müstəqillik referendumu keçirilmiş İraqın kürd muxtariyyəti ilə həmsərhəd qərb sərhədlərində əlavə raket sistemləri yerləşdirərək mühafizəni gücləndirib.

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, “Hətəm əl Ənbiyə” aviabazasının komandanı general Əlirza Əlhami bildirib ki, əlavə zenit-raket sistemlərinin yerləşdirilməsi İrana qarşı istənilən “təcavüz aktı”na qətiyyətli cavab verməyi təmin edəcək.

Qeyd edək ki, hazırda ölkənin qərb sərhədləri yaxınlığında hərbi təlimlər keçirilir.

İran Bağdadın xahişi ilə kürd muxtariyyəti ilə hava əlaqəsini dayandırıb və qərb sərhədlərində genişmiqyaslı hərbi təlimlər keçirir.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Səsvermənin yekun nəticələri bu gün elan ediləcək.

İraq hökuməti referendumu qeyri-legitim elan edib. Referenduma qarşı həmçinin Türkiyə, İran, ABŞ və BMT çıxış edib.

Bundan əvvəl İraqın Nazirlər Kabineti muxtariyyət rəhbərliyindən bölgədəki hava limanları və sərhəd-buraxılış məntəqələri üzərində nəzarəti rəsmi Bağdada verməyi, xarici ölkələrdən isə muxtar bölgə ilə neft sahəsində əməkdaşlığa son qoymağı tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR