MM sədri: “Apreldə Ermənistan Azərbaycanın nəyə qadir olduğunu öz üzərində hiss etdi”

MM sədri: “Apreldə Ermənistan Azərbaycanın nəyə qadir olduğunu öz üzərində hiss etdi”
# 22 dekabr 2016 16:41 (UTC +04:00)

“Bu ilin aprel ayında işğalçı Ermənistan Azərbaycanın nəyə qadir olduğunu öz üzərində hiss etdi”.

Milli Məclisin mətbuat xidmətindən APA verilən məlumata görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahramanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

O qeyd edib ki, Azərbaycan problemin sülh yolu ilə həllinə tərəfdardır: “İnanırıq ki, gec-tez bu məsələ öz ədalətli məntiqi nəticəsini tapacaq”.

İ. Kahraman isə Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyərək, problemin tezliklə öz həllini tapacağına inamını ifadə edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR