Goranboyda fərdi evdə partlayış olub, 3 nəfər xəsarət alıb

Goranboyda fərdi evdə partlayış olub, 3 nəfər xəsarət alıb
# 30 yanvar 2017 16:50 (UTC +04:00)

Goranboyda fərdi yaşayış evində partlayış olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Quşçular kəndində baş verib.

Qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 1989-cu il təvəllüdlü Vəfa Məmmədova və onun övladları - Filiz Məmmədova və Kənan Məmmədov yanıq xəsarətləri alıblar.

V. Məmmədova Gəncədəki xəstəxanaların birinə, övladları isə paytaxtdakı tibb müəssisəsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR