“Equinor”: Yaxın vaxtlarda “Qarabağ” yatağı ilə bağlı detallı müqavilə bağlanacaq

“Equinor”: Yaxın vaxtlarda “Qarabağ” yatağı ilə bağlı detallı müqavilə bağlanacaq
# 30 may 2018 09:47 (UTC +04:00)

"Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağı ilə bağlı çox tezliklə detallı müqavilə bağlanacaq".

APA-Economics”in məlumatına görə, bunu “Equinor” şirkətinin kəşfiyyat üzrə icraçı vitse-prezidenti Tim Dodson “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, “Equinor” şirkəti “Statoil” adı altında Azərbaycanda 26 ildir fəaliyyət göstərir: “Şirkətin adının dəyişməsi bizim əməkdaşlığımıza heç bir təsir etməyəcək".

O qeyd edib ki, “Equinor” “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda da uğurla fəaliyyət göstərir: “Biz Azərbaycanda olmağımızla fəxr edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR