Paşha Bank
Bank Of Baku

Helikopter qəzasında xəsarət alan hərbçilər evə buraxılıb - VİDEO

Helikopter qəzasında xəsarət alan hərbçilər

© APA | Helikopter qəzasında xəsarət alan hərbçilər

# 09 dekabr 2021 17:46 (UTC +04:00)

Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət"də aviasiya poliqonunda təlim uçuşları həyata keçirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 helikopterində xəsarət alan hərbçilər evə buraxılıb.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yaralı hərbçilər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Dövlət Sərhəd Xidmətinin hospitalından ambulator müalicəyə buraxılıb. Hazırda yaralıların vəziyyəti yaxşıdır, hər iki hərbçi müalicələrini ev şəraitində davam etdirirlər.

Xatırladaq ki, noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman Dövlət Sərhəd Xidmətinə məxsus helikopter qəzaya uğrayıb.

Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR