Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə keçmiş məhkum heroinlə tutulub

Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə keçmiş məhkum heroinlə tutulub
# 09 yanvar 2018 07:35 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisinin azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində qanunsuz narkotik vasitələrin alınması və saxlanılmasında şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata əsasən, saxlanılan 1974-cü il təvəllüdlü şəxsdən 0,033 qram heroin olmaqla 43 bağlama narkotik vasitə müsadirə edilib.

Həmin şəxsin əvvəllər məhkum olunduğu bildirilir.

Faktla bağlı istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR