Hacıqabulda baş verən avtoqəzada 3 nəfər xəsarət alıb

Hacıqabulda baş verən avtoqəzada 3 nəfər xəsarət alıb
# 13 fevral 2017 19:50 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda baş verən avtoqəzada sürücü və 2 qardaş xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 22.00 radələrində Bakı-Qazax avtomagistralının 115-ci kilometrliyinin Hacıqabul şəhəri ərazisindən keçən hissəsində avtoqəza baş verib. Bakı sakini, 1990-cı il təvəllüdlü Əsgərov Vaqif Şahin oğlunun idarə etdiyi “Mersedes” markalı 99 BG 458 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək dəmir səddə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər-Bakı sakinləri, 1982-ci il təvəllüdlü Əsgərov Habil Şahin oğlu və onun qardaşı 1979-cu il təvəllüdl Əsgərov Zabil Şahin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır. Hac;qabulda

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR