Şəmkirdə "VAZ 2106” ağaca çırpılıb, sürücü ağır xəsarət alıb

Şəmkirdə  "VAZ 2106” ağaca çırpılıb, sürücü ağır xəsarət alıb
# 20 dekabr 2016 20:13 (UTC +04:00)

Bakı-Qazax magistral yolda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA-nın qərb bürosunun məlumatına görə, Şəmkir rayon Yeniabad kənd sakini, 1999-cu il təvəllüdlü Qədirov Sübhan “VAZ 2106” markalı avtomobili idarə edərkən Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Kür qəsəbəsinə dönən hissəsində ağaca çırpılıb. Məlumata görə, S. Qədirov epilepsiya xəstəsi olub, və qəzaya səbəb xəstəliyinin tutması olub.

S. Qədirov Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, oradan isə Gəncə şəhərindəki xəstəxanalardan birinə köçürülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR