Belçika hökuməti Rusiyanın diplomatik hesablarına qoyduğu həbsi aradan qaldırıb

Belçika hökuməti Rusiyanın diplomatik hesablarına qoyduğu həbsi aradan qaldırıb
# 21 iyun 2015 11:38 (UTC +04:00)

Bakı - APA. Belçika hökuməti Rusiyanın diplomatik hesablarına qoyduğu həbsin aradan qaldırılması ilə bağlı qərar qəbul edib.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, bu bardə Belçika XİN rəhbəri Didye Reynders bildirib.

"Biz qərara gəldik ki, ilk növbədə səfirliklərin hesablarına qoyulan həbsləri aradan qaldıraq, ardı gələcək", - deyə nazir qeyd edib.

Qeyd edilib ki, ilk növbədə Rusiyanın Belçikadakı, NATO və Avropa İttifaqındakı səfirliklərinin "İNG Bank"da olan hesablarına qoyulan həbslər aradan qaldırılacaq.

Nazir əlavə edib ki, həbs qoyulan digər hesablar bazar ertəsi sərbəst buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR