Bərdədə restoranda zəhərlənənlər xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

Bərdədə restoranda zəhərlənənlər xəstəxanadan evə buraxılıb - <span style="color: red;">YENİLƏNİB
# 08 sentyabr 2017 13:37 (UTC +04:00)

Bərdədə qidadan zəhərlənənlərin hamısı evə buraxılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən axşam Bərdə şəhər sakini 42 yaşlı Qarayev Azər Camal oğlu, 33 yaşlı Ağayeva Aytən Fərman qızı, 39 yaşlı Əsgərova Gülnarə Fərhad qızı, 49 yaşlı Raqubov Azad Camal oğlu, rayonun Nazırlı kənd sakinləri - 1991-ci il təvəllüdlü Qarayeva Həcər Tofiq qızı, 1980-ci il təvəllüdlü Qarayev Asim Camal oğlu zəhərlənmə diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Onlara müvafiq tibbi yardım göstərilib. Xəstəxanadan bildirilib ki, zəhərlənən şəxslərin vəziyyəti normallaşıb və onlar bu gün evə buraxılıblar.

***

11:59

Bərdədə kütləvi zəhərlənmə olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 7-də Bərdə rayonunun Yeni Daşkənd kəndindəki restoranların birindən rayon sakinləri olan 7 nəfər qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR