I Avropa Oyunlarında su polosu yarışlarının ilkin mərhələsi keçirilib - VİDEO

I Avropa Oyunlarında su polosu yarışlarının ilkin mərhələsi keçirilib - <span style="color: red;">VİDEO
# 12 iyun 2015 14:07 (UTC +04:00)

Bakı-APA. Azərbaycan paytaxtında keçirilən “Bakı-2015” I Avropa Oyunlarında su polosu yarışlarına start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə mübarizəyə qadınlar başlayıb. 12 komandanın 2 qrupda qüvvəsini sınadığı yarışın ilk günündə 6 matç baş tutub. İlk turun bütün matçlarında tərəflərdən biri böyük fərqlə qalib gəlib.

Yarışın favoritlərindən olan Macarıstan və Hollandiya rəqiblərindən güclü olub. Sonuncular daha amansız təsiri bağışlayıb. Onlar İsraili 29:1 hesabı ilə məğlub edib. Macarıstan millisi isə almaniyalıları 21:4 hesabı ilə qalib gəlib. A qrupunun son oyununda Yunanıstan Böyük Britaniyadan üstün olub – 20:2.

B qrupunun ilk qarşılaşmasında İspaniya Serbiyanı sınağa çəkib. Pireneylilər bu matçda 13 top fərqilə üstün olub. İtaliya yığması isə Fransaya heç bir şans verməyib – 22:5. Günün ən az qol vurulan matçında Rusiya ilə Slovakiya üz-üzə gəlib. Bu görüşdə şimal qonşularımız qələbə qazanıb – 13:4.

Qeyd edək ki, Azərbaycan millisi qadınların yarışında çıxış etmir.

Su polosu

Qadınlar

A qrupu

Hollandiya – İsrail – 29:1

Macarıstan – Almaniya – 21:4

Yunanıstan – Böyük Britaniya – 20:2

B qrupu

İspaniya – Serbiya – 17:4

Rusiya – Slovakiya – 13:4

İtaliya – Fransa – 22:5

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR