Çində leysan yağışlar nəticəsində 10 nəfər ölüb, 4 nəfər itkin düşüb

Çində leysan yağışlar nəticəsində 10 nəfər ölüb, 4 nəfər itkin düşüb
# 03 avqust 2017 04:16 (UTC +04:00)

Çinin cənub və qərb bölgələrində tüğyan edən güclü leysan yağışlar 10 nəfərin həyatına son qoyub, daha 4 nəfər itkin düşmüş hesab olunur.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, iyulun 30-dan avqustun 2-dək yağam aramsız yağıntılar 20 şəhərdə ciddi fəsadlar törədib, regionda 196 min insana ziyan dəyib.

Təbii fəlakət nəticəsində 800 bina zədələnib, şiddətli yağışlar 6,5 min hektar kənd təsərrüfatı sahələrinə zərər vurub. İlkin hesablamalara görə, birbaşa iqtisadi zərər 16,3 milyon dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR