Bakıda İsrailin 70 illiyi qeyd olunub

Bakıda İsrailin 70 illiyi qeyd olunub
# 03 may 2018 07:55 (UTC +04:00)

İsrail dövlətinin 70ci ildönümünü münasibətilə Bakıda qəbul keçirilib.

APA-nın məlumatına görə, qəbulda çıxış edən İsrailin Azərbaucandakı səfiri Dan Stav bu tarixi Bakıda Azərbaycanın müstəqilliyinin 100 illiyi ərəfəsində qeyd etməkdən məmnun olduğunu bildirib. O deyib ki, iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq əhəmiyyəti daşıyır: "Bu münasibətlər bir çox sahələri, xüsusilə təhlükəsilik, iqtisadiyyat, energetika kimi sahələri əhatə edir. Biz Azərbaycana iqtisadiyyatını şaxələndirmək sahəsində dəstək göstəririk. Azərbaycan tarix boyu multikulturalizm sahəsində nümunəvi ölkə olub. Ümid edirəm ki, Azərbaycan bu sahədə bir çox müsəlman ölkələrə nümunə olacaq ki, İsraillə münasibətləri inkişaf etsinlər və bəşəriyyətə töhfə versiblər".

Daha sonra çıxış edən Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov bildirib ki, iki dövlət arasında diplomatik münasibətlər 25 ildir qurulub və bu əlaqələrin dərin kökləri var: "Yəhudi icması Azərbaycanın həyatında mühüm rol oynayıb, mədəniyyət, təhsil və digər sahələrə töhfə verib. Hazırda mühacirət edən yəhudilər İsralin həyatında vacib rol oynayır. 2016-cı ilin dekabrında İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri zamanı hökumətlərarası komissiyanın yaradılması barədə qərar qəbul edilib. Bu ay komissiyanın ilk iclası keçiriləcək və münasibətlərin dərinləşməsinə mühüm töhfə verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR