“Nardaran işi” üzrə məhkəmə prosesi davam etdirilib

“Nardaran işi” üzrə məhkəmə prosesi davam etdirilib
# 06 mart 2017 13:57 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Faiq Allahverdiyev, Mehman Quliyev, Elxan Həsənov ifadə verib. Onlar ittihamları qəbul etmədiklərini, istintaq zamanı təzyiqə məruz qaldıqlarını, silahları olmadığını deyiblər.

Proses martın 13-də davam edəcək.


Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.


Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.


Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR