Şamaxıda qardaşın bacısını öldürməsinin təfərrüatı məlum olub - YENİLƏNİB

Şamaxıda qardaşın bacısını öldürməsinin təfərrüatı məlum olub  - <span style="color: red;">YENİLƏNİB
# 23 yanvar 2017 12:18 (UTC +04:00)

Şamaxı rayonunda ailə münaqişəsi zəminində törədilən qətli təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində qətlin qısqanclıq zəminində törədildiyi müəyyənləşib.

Yerli sakinlərin dediyinə görə, ailəli olan Yasəmən Arzuxanova həyat yoldaşı mübahisə etdikdən sonra Bakıya gəlib. Bundan qəzəblənən Rafael Yolçuyev bacısını Bakıdan apararaq, qətlə yetirib və polisə könüllü təslim olub.

Qadının iki övladı qalıb.

***

10:50

Şamaxı rayonunda dəhşətli qətl hadisəsi törədilib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Şamaxı şəhərində qeydə alınıb.

Şamaxı sakini, 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR