İmişlidə yaşayış binasında yanğın baş verib - YENİLƏNİB

İmişlidə yaşayış binasında yanğın baş verib - <span style="color: red;">YENİLƏNİB
# 23 yanvar 2017 06:19 (UTC +04:00)

Bu gün səhər İmişli şəhərində 6 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı iki nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

09:02

İmişlidə beşmərtəbəli binada yanğın baş verib, 3 nəfər xilas edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi saat 7.50 radələrində şəhərin T. İsmayılov küçəsində binada baş verib.

Kazımov Elçin Ərşad oğlunun kirayədə qaldığı mənzildə başlayan yanğın güclü tüstü ilə müşayət olunub. Hadisə yerinə gələn İmişli Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi yanğını söndürüb. Yanğın zamanı tüstüdən boğulma təhlükəsi ilə üzləşən, yanan mənzildə yaşayan kirayənişin və digər mərtəbədə yerləşən mənzildən 1 azyaşlı və anası xilas edilib. İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR