“Qızıl Məryəm”in qətlində təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər

 “Qızıl Məryəm”in qətlində təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər
# 23 noyabr 2016 13:46 (UTC +04:00)

Anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun barələrində olan hökmdən apellyasiya şikayəti verilib.


APA-nın məlumatına görə, onlardan N. Eyvazov barəsində bəraət hökmünün çıxarılması, digərləri isə cəzalarının azaldılması barədə apellyasiya şikayəti veriblər.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günel Hüseynova 18 il, Ceyhun Əsgərov 19 il, Nicat Eyvazov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.

Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR