Çinli məmur 37 mln. dollar məbləğində cərimələnib

Çinli məmur 37 mln. dollar məbləğində cərimələnib
# 22 aprel 2017 10:03 (UTC +04:00)

Çinin Qiymətli kağızlara nəzarət üzrə komitəsi sabiq əməkdaşı Fen Şyaoşu 37 mln. dollar məbləğində cərimələyib.

APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb F.Şyaoşu tərəfindən qanunsuz olaraq səhm alqı-satqısının həyata keçirilməsi olub. Bu əməliyyatlar nəticəsində komitənin sabiq əməkdaşı 36 mln. dollar məbləğində gəlir əldə edib.

Cərimə ilə yanaşı, F.Şyaoşu ömürlük qiymətli kağızlar bazarında iştirakdan kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR