Almaniya parlamenti Yunanıstanın borcu ilə əlaqədar danışıqların başlanmasını dəstəkləyib

Almaniya parlamenti Yunanıstanın borcu ilə əlaqədar danışıqların başlanmasını dəstəkləyib
# 17 iyul 2015 19:58 (UTC +04:00)

Bakı-APA. Almaniya parlamenti hökumətin Yunanıstana üçüncü yardım paketinə dair danışıqların aparılmasını nəzərdə tutan mandatını dəstəkləyib. APA-nın “Gazeta”ru-ya istnadən verdiyi xəbərə görə, danışıqların başlanmasını 439 deputat dəstəkləyib.

Bundan əvvəl Almaniya kansleri Angela Merkel Bundestaqı Yunanıstana üçüncü yardım paketini dəstəkləməyə çağırıb. Qeyd edək ki, Yunanıstanın ən böyük kreditoru məhz Almaniyadır.

Merkel və ölkənin maliyyə naziri Volfqanq Şoyble çıxışlarında Yunanıstanın Almaniyadan alacağı bu paketin sonuncu olacağını qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR