Zimbabve prezidenti xalqa müraciətində istefa barədə danışmayıb - YENİLƏNİB-1

Zimbabve prezidenti xalqa müraciətində istefa barədə danışmayıb - <span style="color: red;">YENİLƏNİB-1
# 19 noyabr 2017 21:03 (UTC +04:00)

Zimbabvenin hazırkı prezidenti Robert Muqabe televiziya vasitəsilə xalqa müraciətində istefa barədə danışmayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Muqabe bildirib ki, dekabrda hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının konqresində sədrlik edəcək.

Onun sözlərinə görə, ölkədə baş verən son hadisələr ölkə Konstitusiyası və onun hakimiyyətinə təhlükə kəsb etmir. “Zimbabve xalqı ölkədəki böhranı sülh yolu ilə müstəqil olaraq həll etməyə qərarlıdır”, deyə R.Muqabe bəyan edib.

***

21:16

Robert Muqabe Zimbabve prezidenti postunu tərk etməyə razılaşıb.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib. Dövlət televiziyasından Muqabenin yaxın saatlarda xalqa müraciət edəcəyi bildirilib.

Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.

***

16:51

Zimbabvenin 93 yaşlı prezidenti Robert Muqabe ev həbsində saxlanmasına etiraz olaraq aclıq aksiyası elan edib.

APA-nın məlumatına görə, bu barədə bu gün “Daily Mail” qəzeti Zimbabve prezidentinin aiə üzvlərindən birinə istinadən məlumat yayıb.

Qida qəbulundan imtina edən R. Muqabe “həqiqət uğrunda ölüm”ə hazır olduğunu bəyan edib. Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının üzvlərindən biri isə R. Muqabenin tək aclıq elan etmədiyini, danışmaqdan da imtina etdiyini bildirib.

Qeyd edək ki, bu gün Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclası keçirilib. İclasda ölkənin 93 yaşlı prezidenti R. Muqabe partiyanın sədri postundan çıxarılıb. Partiyanın yeni sədri ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva seçilib. Noyabrın 6-da məhz E. Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum edilib. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR