Tayvanda helikopter qəzaya uğrayıb, 6 nəfər itkin düşüb

Tayvanda helikopter qəzaya uğrayıb, 6 nəfər itkin düşüb
# 06 fevral 2018 03:53 (UTC +04:00)

Tayvan sahillərində “UH-60M Black Hawk” helikopteri qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə Tayvan Daxili işlər nazirliyinin məlumatında bildirilir.

Hadisə nəticəsində 6 nəfər itkin düşüb. Məlumata əsasən, Lanyuy adasından havaya qalxan, tibbi yardım və təxliyə tədbirləri həyata keçirən helikopterlə əlaqə kəsilib.

Hazırda qəzanın təfərrüatları müəyyənləşdirilir, bölgədə axtarış-xilasetmə əməliyyatı aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR