Bank Of Baku

Filippin sahillərində 7,1 maqnitudalı zəlzələ qeydə alınıb

Filippin sahillərində 7,1 maqnitudalı zəlzələ qeydə alınıb
# 12 avqust 2021 07:41 (UTC +04:00)

Filippinin Mindanao adasının sahillərində 7,1 bal gücündə zəlzələbaş verib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Mati şəhərindən 80,5 km cənub-şərqdə yerləşib. Ocağı isə 65,6 km dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. ABŞ Milli Sunami Xəbərdarlıq Mərkəzi sunami təhlükəsi barədə xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR