İspaniyanın Azərbaycandakı səfirliyində bayraqlar yarıyadək endirilib

İspaniyanın Azərbaycandakı səfirliyində bayraqlar yarıyadək endirilib
# 18 avqust 2017 09:29 (UTC +04:00)

Barselonada baş vermiş terror aktları ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyinin binasında bayraqlar yarıya qədər endirilib.

Bu barədə APA-ya İspaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, İspaniya vaxtı ilə saat 12.00-da terror aktı zamanı həlak olmuş insanların xatirəsini yad etmək məqsədilə ölkə boyu bir dəqiqəlik sükut olacaq.

Xatırladaq ki, ötən gün Barselonada sürücü idarə etdiyi yük avtomobilini piyadaların üzərinə sürüb. Hadisə nəticəsində 13 nəfər ölüb, yüzdən çox şəxs yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR