Kvirikaşvili: “NATO-Gürcüstan əməkdaşlığı regionda sülhün möhkəmlənməsinə yönəlib”

Kvirikaşvili:  “NATO-Gürcüstan əməkdaşlığı regionda sülhün möhkəmlənməsinə yönəlib”
# 18 noyabr 2016 08:31 (UTC +04:00)

“NATO-Gürcüstan əməkdaşlığı regionda sülhün möhkəmləndirilməsinə yönəlib”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan baş naziri Giorgi Kvirikaşvili “NATO-Gürcüstan 2016” təlimləri çərçivəsində NATO-ya üzv və tərəfdaş ölkələrin hərbçiləri qarşısında çıxış edərkən deyib.

“Sabitlik və inkişaf bütün tərəflərin maraqlarına xidmət etməlidir. Fəxr edirəm ki, biz bütün təlim mərhələlərini uğurla və yüksək səviyyədə keçdik və bu təlimlərə Gürcüstan tərəfi rəhbərlik edir. Ölkəmizdə çoxmillətli təlimlərin keçirilməsi alyans ölkələrinin Gürcüstana güclü dəstəyini bir daha təsdiq edir", - deyə o vurğulayıb.

Qeyd edək ki, “NATO-Gürcüstan 2016” təlimlərinin məqsədi Gürcüstan Silahlı Qüvvələrinin NATO-ya üzv və tərəfdaş ölkələrlə hərbi sahədə qarşılıqlı təkmilləşdirmənin yüksəldilməsi, eyni zamanda bu sahədə idarəetmə və nəzarətin gücləndirilməsidir. Birgə hərbi təlimlər Gürcüstan-NATO (SNGP) tədbirlər paketi çərçivəsində keçirilir. Təlimlərdə Türkiyə, Latviya, Litva, Hollandiya, Rumıniya, Macarıstan, Bolqarıstan, Belçika, Sloveniya, Böyük Britaniya və Şimali İrlandiya, Amerika Birləşmiş Ştatları və tərəfdaş ölkələrin nümayəndələri iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR