Üç ərazidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

Üç ərazidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır
# 18 aprel 2017 10:43 (UTC +04:00)

"Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu axşam 22:00-dan etibarən Yasamal rayonu Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkının ətrafı və Tbilisi prospektində rəngləmə işləri aparılacaq.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.


"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR