“Amrahbank”da əhalinin əmanətləri artıb

“Amrahbank”da əhalinin əmanətləri artıb
# 06 avqust 2015 09:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov– APA-Economics. “Amrahbank” ASC-nin aktivlərinin həcmi 2015-ci ilin II rübündə 193,799 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,45% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 17,74% artaraq 124,959 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 68,835 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 48,53% çoxdur.

Bankın depozit portfeli hesabat dövrü ərzində 5,58% azalaraq 102,536 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 84,144 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 59,73% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi iyulun 1-nə 1,534 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 2,88% azdır və kreditlərin hamısı İpoteka Fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bir il ərzində bankın məcmu kapitalı 6,13% azalaraq 50,201 mln. manat təşkil edib, nizamnamə kapitalı dəyişməyərək 39 mln. 844,4 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 27,91% azalaraq 10,306 mln. manat, xərcləri isə 31,58% artaraq 14,883 mln. manata çatıb.

II rübü bank 4 mln. 576,70 min manatlıq zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 24 filialı, 27 bankomatı, 484 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR