Gədəbəyə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gədəbəyə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 10 avqust 2015 18:59 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli – APA. Gədəbəydə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gədəbəy şəhərində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində Gədəbəy şəhər sakini, 1985-ci il təvəllüdlü Ramin Abdullayev və Saratovka kənd sakini, 1989-cu il təvəllüdlü Qurban Qurbanov müxtəlif bədən xəsarətləri alıblar. R. Abdullayev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına, Q. Qurbanov isə Gədəbəy rayon mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR