Bakı Fond Birjasının dövriyyəsi 4 dəfəyə yaxın artıb

Bakı Fond Birjasının dövriyyəsi 4 dəfəyə yaxın artıb
# 10 mart 2017 14:58 (UTC +04:00)

2017-ci ilin yanvar-fevral ayında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 3,72 dəfə artaraq 1 mlrd. 446 mln. 35 min 472,65 manat təşkil edib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, son 2 ayda dövlət qiymətli kağızlar bazarında ciddi artım olub. Belə ki, 2016-cı ilin yanvar-fevral ayı ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 28,41% artaraq 162 mln. 204 min 128 manat təşkil edib.

Pay və borc alətləri bazarında da ciddi artm qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 108 dəfə artaraq 600,479 mln. manata, borc alətləri bazarı 6,45 dəfə artaraq 87 mln. 364 min 710 manata yüksəlib.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçan olub. Ötən ilin ilk 2 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 2,44 dəfə artaraq 593,962 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR