Mikayıl Cabbarov Dövlət Neft və Sənaye Universitetinin rektorunu kollektivə təqdim edib

Mikayıl Cabbarov Dövlət Neft və Sənaye Universitetinin rektorunu kollektivə təqdim edib
# 04 sentyabr 2015 13:15 (UTC +04:00)

Nazirlikdən APA-ya verilən məlumata görə, nazir qeyd edib ki, ADNSU-nun Azərbaycan ali təhsil sistemində özünəməxsus yeri var. Təhsil naziri bu tədris ocağının yetirməsi olan mütəxəssislərin nəinki respublikamızın, eləcə də dünyanın bir sıra ölkələrinin iqtisadiyyatına layiqli töhfələr verdiyini və Azərbaycan təhsilinin yetirmələri kimi yüksək uğurları ilə tanındıqlarını bildirib. O, bu ali məktəbin Azərbaycan elm və təhsilinin pioneri, eyni zamanda neft sənayesi sahəsində innovasiyaların əsas mərkəzi olduğunu nəzərə çatdırıb.

ADNSU-nun həyatında yeni çağırışlara uyğun fəaliyyət sferasının açıldığını söyləyən təhsil naziri bunun üçün həm institutsional təcrübədən, həm də gənc mütəxəssislərin imkanlarından istifadənin vacibliyini qeyd edib. Şəffaf elmi mühitin yaranması üçün vacib həlqə olan bu yanaşma, həm də sənayenin digər sahələri üçün potensial kadr hazırlığı istiqamətində universitetə yeni imkanlar verir. Bu sahədə Təhsil Nazirliyinin yaxından köməyi ilə ADNSU-nun yeni inkişaf strategiyası hazırlanacaq və ali təhsil sahəsində beynəlxalq təcrübədən istifadə olunacaq. Bütün bu və ya digər işlərdə ali məktəbə yeni təyin olunmuş rəhbərliyin üzərinə ciddi öhdəliklər düşür.

ADNSU-nun rektoru Mustafa Babanlı ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.

Qeyd edək ki, Mustafa Baba oğlu Babanlı 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirib.

1993-cü ildə “Bərk cisimlərin fizikası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 2008-ci ildə Azərbaycan Texniki Universitetində (AzTU) doktorluq dissertasiyası müdafiə edərək, “materialşünaslıq” ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsi alıb. AzTU-nun nəzdində Dissertasiya Şurasının və Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvüdür. AzTU-nun metallurgiya və metalşünaslıq kafedrasında assistent (1996-2001-ci illər), dosent (2001-2010-cu illər), professor və beynəlxalq əlaqələr üzrə prorektor (2010-2015-ci illər) vəzifələrində çalışıb.

140-dan artıq elmi məqalənin, 6 ixtiranın, 5 dərs vəsaitinin, 1 dərsliyin və 4 monoqrafiyanın müəllifidir. Məqalələri Fransa, Almaniya, Rusiya, İsveçrə, Ukrayna, Hollandiya və başqa ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR