Qanun pozuntularına yol verən məhkəmə hakimləri cəzalandırılıb

Qanun pozuntularına yol verən məhkəmə hakimləri cəzalandırılıb
# 09 fevral 2017 20:36 (UTC +04:00)

Yanvarın 9-da Azərbaycan Məhkəmə-Hüquq Şurasının geniş iclası keçirilib. APA-nın Məhkəmə-Hüquq Şurasının saytına istinadən verdiyi xəbərə görə, iclasda bildirib ki, ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

Qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınıb, Sumqayıt apellyasiya məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilib, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı apellyasiya məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli rayon məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR