Poroşenko Saakaşvili ilə bağlı məsələyə qarışmayacağını bəyan edib

Poroşenko Saakaşvili ilə bağlı məsələyə qarışmayacağını bəyan edib
# 08 dekabr 2017 12:16 (UTC +04:00)

Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezienti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili ilə bağlı məsələyə müdaxilə etməyəcəyini deyib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, P. Poroşenko Litva prezidenti ilə görüşdən sonra keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında deyib ki, bu məsələyə heç vaxt maraq göstərməyib:

“Bu işə qarışan deyiləm. Heç vaxt maraq göstərməmişəm, göstərməyəcəyəm də. Biz obyektiv, ədalətli, qərəzsiz istintaq aparıb, o cür də məhkəmə təmin etməliyik. Bunu mən edə bilərəm və zəmanət də verirəm”.


Qeyd edək ki, M. Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR