Qida təhlükəsizliyi sahəsində yeni tələblər müəyyənləşib

Qida təhlükəsizliyi sahəsində yeni tələblər müəyyənləşib
# 09 fevral 2018 12:41 (UTC +04:00)

Yeyinti məhsullarının ixracı zamanı əlavə olaraq, idxal ölkəsində qüvvədə olan qida təhlükəsizliyi sahəsində müvafiq normativ hüquqi aktların tələbləri tətbiqi ediləcək.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Yeyinti məhsulları haqqında” qanuna dəyişikliklərin edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanuna təklif edilən digər əlavəyə görə, qida təhlükəsizliyi sahəsində müvafiq texniki-normativ hüquqi aktlarla müəyyən olunmuş təhlükəsizlik və minimum keyfiyyət tələblərinə cavab verməyən, üzərində aşkar istifadəyə yararsızlıq əlamətləri (korlanma, dağılma, zədələnmə) müşahidə edilən, mənşəyi məlum olmayan, saxtalaşdırılmış, üzərində saxlanma müddəti göstərilməyən və ya saxlanma müddəti ötmüş, markalanmasına olan məcburi tələblərə cavab verməyən məhsullar insan istehlakı üçün istifadəyə yarasız qida məhsulları hesab olunur.

Qanuna təklif edilən növbəti dəyişikliyə görə, yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi, istehsalı, satışı və istifadəsi barədə mübahisələr inzibati və məhkəməyə qaydasında həll ediləcək. Hazırda bu mübahisələr yalnız məhkəməyə qaydası ilə həll edilir.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR