Çeçenistanda ağır yol qəzası baş verib, 7 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Çeçenistanda ağır yol qəzası baş verib, 7 nəfər ölüb, 2 nəfər xəsarət alıb
# 28 noyabr 2016 02:15 (UTC +04:00)

Çeçenistanda ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident “Qavqaz” şosesində qeydə alınıb.

“Ford”, “VAZ 21014” və “Priora” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb. Qəza “Ford” markalı avtomobilin qəfil əks istiqamət zolağına çıxması nəticəsində baş verib.

Məlumata görə, qəzada ölənlərdən 5 nəfəri bir ailənin üzvləridir. Onlar arasında 10 və 14 yaşlı qızların olduğu bildirilir. Yaralılardan birinin isə 11 yaşlı oğlandır.

İlkin versiyaya əsasən, qəzaya səbəb "Ford"-ün sürücüsünün avtomobili içkili vəziyyətdə idarə etməsi olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR