Dekabrın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) Amerika Mərkəzində NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydemari Payperlə görüş keçirilib.
APA-nın xəbərinə görə, amerikalı astronavt gənclərlə görüşündə fəaliyyəti barədə məlumat verib. Uşaqlıqdan mühəndis olmağı arzuladığını və bu arzusuna çatdığını deyən H. Payper bildirib ki, astronavt olmaq üçün mütləq texniki sahə üzrə biliklərə, magistr dərəcəsinə malik olmaq lazımdır. İlk uçuşunu xatırlayan qonaq bununla bağlı təəssüratlarını da bölüşüb: "İlk uçuşum 2008-ci ilin noyabr ayında olmuşdu. Uçuş zamanı keçirdiyim hissləri təsvir etmək çətindir. Vibrasiyanı, sürətli getdiyini hiss edirsən. Möhtəşəmdir".
Astronavt sonda görüş iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, səfər ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.
ADU-da amerikalı qadın astronavtla görüş keçirilib
![ADU-da amerikalı qadın astronavtla görüş keçirilib](https://apa.az/storage/news/2017/december/12/big/amerikali-qadin-astronavtla-gorush-1.jpg)
Sosial
![Şahbuza yağan güclü yağış bir sıra fəsadlar törədib - <span class="red_color">FOTO](https://apa.az/storage/news/2024/june/25/big/667af4d30121e667af4d30121f1719334098667af4d30121a667af4d30121c.jpg)
Şahbuza yağan güclü yağış bir sıra fəsadlar törədib - FOTO
![Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılması qaydası dəyişib](https://apa.az/storage/news/2024/june/25/big/667adebbe7b84667adebbe7b8517193284432a5c3d6302ff2466f8e429da30c0062d.jpg)
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılması qaydası dəyişib
![FHN-in Akademiyasında Silahlı Qüvvələri Günü qeyd olunub](https://apa.az/storage/news/2024/june/25/big/667ab979b7e37667ab979b7e381719318905667ab979b7e35667ab979b7e36.jpg)
FHN-in Akademiyasında Silahlı Qüvvələri Günü qeyd olunub
![Naxçıvana dolu yağıb - <span class="red_color">FOTO - <span class="red_color">VİDEO](https://apa.az/storage/news/2024/june/25/big/667ab1a405529667ab1a40552a1719316900667ab1a405527667ab1a405528.jpeg)