Portuqaliya - Azərbaycan matçının keçiriləcəyi məkan açıqlanıb

Portuqaliya - Azərbaycan matçının keçiriləcəyi məkan açıqlanıb
# 12 mart 2018 13:02 (UTC +04:00)

Qadın voleybolçular arasında Qızıl Avropa Liqası çərçivəsində baş tutacaq Portuqaliya - Azərbaycan oyununun keçirilmə yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, rəqib Faiq Qarayevin yetirmələrini Matozinyuş şəhərində qəbul edəcək.

İyunun 2-nə təsadüf ediləcək görüş İdman və Konqres Mərkəzində oynanılacaq.

Qeyd edək ki, yığmamız A qrupunda Portuqaliya ilə yanaşı, Ukrayna və Bolqarıstanla üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR