Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 09 yanvar 2018 08:19 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkay Əkbərli və Ceyran İsmayılzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. İclasda onların vəkilləri həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyiblər. Müşavirədən sonra qərar elan edilib. Qərara əsasən , vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunurlar. Onların Bəhruz Nağıyev adlı şəxsdən 450 min manat pulu dələduzluq yolu ilə aldıqları bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR