Ağdamda bir ailənin 4 üzvü pomidor turşusundan zəhərlənib

Ağdamda bir ailənin 4 üzvü pomidor turşusundan zəhərlənib
# 23 noyabr 2016 07:30 (UTC +04:00)

Ağdamda bir ailənin 4 üzvü qidadan zəhərlənib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Ev şəraitində konservləşdirilmiş pomidor turşusundan zəhərlənən Rəşad Nəcəfov, Arzu Nəsibova, Rasim Naibov, Ramiz Naibov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Onlar bir gün əvvəl açılan pomidor turşusunu yedikdən sonra özlərini narahat hiss etdiklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR